Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:39

Metroda köşklərin boşaldılmasına başlandı [Video]


Metroda köşklərin boşaldılmasına başlandı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
-
Martın 15-dən Bakı metropoliteninin «Koroğlu» stansiyasındakı ticarət köşklərinin yığışdırılmasına başlanıb.

Bu barədə AzadlıqRadiosuna həmin obyektləri işlədənlər məlumat veriblər.

Satıcıların dediyinə görə, səhər tezdən metropoliten rəhbərliyi onlara obyektləri günün sonuna qədər təhvil verməyi tapşırıb:

«Bir neçə dükan tam boşaldılıb. Qalan satıcılar da axşam saat 6-dək mallarını satıb qurtarmağa çalışır».

Xəbərdarlıqdan sonra satıcılar malların qiymətinə endirim ediblər.

METRODA BÜTÜN KÖŞKLƏR SÖKÜLƏCƏK

Strukturu və rəhbərliyi dəyişəndən sonra Bakı Metropoliteninin ərazisindəki ticarət obyektlərinin sökülməsinə qərar verilib.

Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərarla razılaşmayan metro ticarətçiləri «Elmlər Akademiyası» qarşısında iki dəfə aksiyaya cəhd ediliblər.
XS
SM
MD
LG