AzadlıqRadiosunun arxivindən - bu fotoları Famil Mahmudbəyli və Əhməd Muxtarı 2014-cü ildə erməni qüvvələri ilə təmas xəttinin müxtəlif istiqamətlərində çəkiblər.
Cəbhə xəttində, əks mövqedən 1 km aralıda yaşayan insanların həyatı paytaxt Bakıdan necə görünür? Bəlkə də hər gün ölümlə üz-üzə duran vətəndaşların gündəlik məişəti necədir?
Fotoqalereya
Qarabağ uşaqları - I hissə
Yeni dövrdə bir qərinəlik münaqişənin hər üzünü görmüş uşaqlardır onlar. Aclığı, susuzluğu, atəşi dadmış uşaqlar...
Bu fotoları Famil Mahmudbəyli Azərbaycanın müxtəlif rayonlarında(Ağdam, Tərtər, Tovuz) çəkib - bura cəbhə xəttindən 50-100 metrlik məsafədəki kəndlər də daxildir, Bakının düz göbəyində yerləşən yataqxanlar da. Bəziləri güllə səsi ilə yatıb, durur, bəziləri mərkəz olsa belə təhlükədə yaşayır. Heç nə deməyə ehtiyac yoxdur ki, səssiz baxın... onların gülüşündən, baxışından anlayın...
Az qala, 20 ildir atəşkəs var, amma sərhəd kəndlərindən güllə səsləri kəsilmir. Qulaqlar atəş səslərinə öyrəşib. Yağmurlar, küləklər həyət-bacalardakı atışma izlərini silə bilmir. Paytaxtda «sülh, yoxsa savaş» dilemması dartışılarkən, müharibənin gerçək üzünü görmüş insanlar nəyi seçir?
Fotoqalereya
Qarabağ uşaqları - II hissə
Yeni dövrdə bir qərinəlik münaqişənin hər üzünü görmüş uşaqlardır onlar. Aclığı, susuzluğu, atəşi dadmış uşaqlar...
Bu fotoları Famil Mahmudbəyli Azərbaycanın müxtəlif rayonlarında(Ağdam, Tərtər, Tovuz) çəkib - bura cəbhə xəttindən 50-100 metrlik məsafədəki kəndlər də daxildir, Bakının düz göbəyində yerləşən yataqxanlar da. Bəziləri güllə səsi ilə yatıb, durur, bəziləri mərkəz olsa belə təhlükədə yaşayır. Heç nə deməyə ehtiyac yoxdur ki, səssiz baxın... onların gülüşündən, baxışından anlayın...
Avropa Birliyinin maliyyələşdirdiyi layihə CMI (Crisis Management Initiative) beynəlxalq təşkilatının dəstəyi ilə həyata keçirilib.