Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 22:08

Türkiyədə özəl hazırlıq kursları bağlanır


-
Prezident Abdulla Gül Türkiyədə ali məktəblərə özəl hazırlıq kurslarının (dərsanələr) bağlanmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Türkiyə parlamenti martın 1-də bütün özəl hazırlıq kurslarının bağlanmasını nəzərdə tutan qanun qəbul edib. Qəbul edilən sənədə görə, 2015-ci il sentyabrın 1-dən ölkədəki bütün özəl hazırlıq kursları bağlanacaq. 2018-2019-cu tədris ilində isə həmin hazırlıq kursları özəl məktəblərə çevriləcək.

Prezident Gülün təsdiqlədiyi “Demokratikləşmə paketi”nə görə, seçkilərdə türkcə ilə bərabər fərqli dil və ləhcələrdə də təbliğat aparılması mümkün olacaq.
XS
SM
MD
LG