Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:39

Pulun var? Biliyin var? - Onda al Rusiya pasportu!


-
Siz rusdillisinizsə, milliyyətinizdən asılı olmayaraq, 3 ayın içində Rusiya pasportu ala bilərsiniz.

Bu zaman mövcud mürəkkəb və uzun prosedurları keçməyə ehtiyac olmayacaq.

Bu yeni qaydalar vətəndaşlıq haqda Rusiya qanununa əlavə kimi təklif olunur və hələlik layihədir.

Baş nazir Dmitry Medvedev yeni qaydaları elan edəndə deyib ki, Rusiya və ya SSRİ ərazisində yaşamış və ya yaşayan rusdillilər daimi yaşayış icazəsi almadan Rusiya vətəndaşlığı ala bilərlər.

Yeni əlavələrə görə, Rusiyada 2002-ci ilin iyulundan sonra dövlətin təsdiq etdiyi universitetdə təhsil almış və Rusiyada 3 il yaşamış mütəxəssislər Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.

Rusiyada ən azı 3 illik biznesi olanlar və illik xalis gəliri 80 min dollardan yuxarı olan işadamları da Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.

Bir çoxları bu yeni qaydaları Ukrayna böhranı ilə izah edir, ancaq ekspertlərin fikrincə, Rusiya, ümumiyyətlə, yüksək ixtisaslı mütəxəssisləri və işadamlarını cəlb etmək istəyir.

Bu yeni qaydalardan Orta Asiya dövlətləri isə bərk narahat olublar. Onlar Rusiyada universitet bitirmiş mütəxəssislərini onsuz da çox çətinliklə saxlaya bilirlər, indi onlar çıxıb-gedə bilər.

Tacik miqrantların Moskvadakı təşkilatında çalışan Karimjon Yorov deyir ki, Moskvada təkcə tacik doktorlar 500 nəfərdir. Onlar məmnuniyyətlə Rusiya vətəndaşlığı alardılar.

Rusiya mediasının məlumatına görə, təkcə 2013-cü ildə Rusiya universitetlərində 30 min qazaxıstanlı, 11 min özbəkistanlı, 13 min tacikistanlı tələbə oxuyurdu.
Onların çoxunu Rusiyaya öz dövlətləri göndərib ki, ehtiyacında olduqları peşələrə yiyələnsinlər.

Əvəzində bu tələbələr geri qayıdıb, azı 3 il təyinatla işləməlidirlər.

Ancaq bunun əvəzində cərimə ödəyib, təyinat verilən yerə getməmək də olar.

Rusiyanın yeni qanunundan sonra bir çoxları elə belə də etməyi düşünür.

Yorov deyir ki, «nəticədə bizim ölkələr gənc, yüksəkixtisaslı mütəxəssisləri itirəcək. Ancaq hökumətlərimiz gərək özlərini günahlandırsınlar. Çünki heç kim Tacikistanda və ya Qırğızıstanda aşağı maaşa işləmək, aşağı standartlı həyat sürmək istəmir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG