Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

"Qanun" nəşriyyatında ixtisarlar ola bilər


-

Vergilər Nazirliyinin 150 min manat cərimələdiyi “Qanun” Nəşrlər Evi ümumi toplantısını keçirdi.

"Oxu zalı" xəbər verir ki, toplantıda “Qanun” ətrafında baş verən hadisələr, yüksək məbləğdə cərimənin nəşriyyat üçün "ölüm hökmü" olduğu bildirildi.

Qeyd olundu ki, əgər Vergilər Nazirliyinin təyziqi davam edərsə “Qanun”da ixtisarlar ola bilər.

Nazirlik nəşriyyatı vergidən yayınmada ittiham edir.

Martın 11-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Qanun” jurnalının Vergilər Nazirliyinin Vergi Auditi Departamentindən şikayəti üzrə məhkəmə keçirilib.

“Qanun”un iddiası təmin olunmayıb. Qərardan apelyasiya şikayəti veriləcək.

Vergi Auditi Departamenti ötən il noyabrın 1-də “Qanun” jurnalı redaksiyasında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları redaksiyadan sənədlər, əlyazmalar və kompüterlər götürüblər. Redaksiya məhkəmədən axtarışın aparılmasını və sənədlərin götürülməsinin qanunsuz əməl kimi tanınmasını istəyirdi.

“Qanun” nəşriyyatına və “Qanun” jurnalı redaksiyasına qanunsuz vergi və maliyyə sanksiyaları hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.
XS
SM
MD
LG