-
Martın 11-də saat 17:00-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonuda Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisinın açılış mərasimi keçiriləcək.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.
“Cizgilərə hopan ömür” adlı sərgi rəssamın 80 illik yubileyinə həsr olunub.
Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunacaq.
Cəmil Mir Yusif oğlu Müfidzadə 1934-cü il fevralın 24-də doğulub.
Rəssamlıq təhsilini əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəb”ində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda alıb.
1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır.
Milli təsviri sənətin inkişafındakı xidmətlərinə görə respublikanın əməkdar (1982) və xalq rəssamı (2002) fəxri adlarına layiq görülüb.
Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub, xaricdə 10-dan çox fərdi sərgisi keçirilib.
Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.
“İçərişəhər”, “Abşeron nefti”, “Bakı neft paytaxtı”, “Buhenvald”, “Xınalıq”, “Monqolustan torpağında”, “Misir təəssüratları” və s. silsilə əsərləri xüsusilə məşhurdur.
Məşhur “İçərişəhər” silsiləsi onun bədii kəşflərinin debütü olub.
Xəbərdə vurğulanır ki, Cəmil Müfidzadə yaradıcılığında özünəməxsusluq, milli-mənəvi dəyərlər çox qabarıqdır.
Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərində miniatür sənət ənənələri ilə həmahənglik var.
Hazırda rəssam Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasında müəllim çalışır, gənc rəssamlara sənətin sirlərini aşılayır.
O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
Sərgi martın 15-dək davam edəcək.