Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:13

Putin Krım tatarlarını öz tərəfinə çəkmək istədi - Alınmadı

Ukraynada və Krımda vəziyyət gərgin olaraq qalır. Krım faktiki olaraq rəsmi Kiyevin tabeliyindən çıxaraq Moskvanın idarəsi altına keçib. Yarımadaya mənsubiyyət nişanlarını gizlədən rus qoşunları və Rusiyapərəst yerli sakinlərdən ibarət silahlı könüllülər nəzarət edir. Separatçı hakimiyyət martın 16-da Krım referendumuna hazırlaşır. Teleyayım ötürücüləri ancaq Rusiya kanallarının yayımını təmin edir. Ukraynaya sadiq hərbi hissələr mühasirədədir. Krımda separatçıların siyasi baxışlarını bölüşməyən şəxslərə və jurnalistlərə hücumlar, bəzilərinin isə oğurlanması haqda həyəcanlı xəbərlər gəlir.

Bütün bunlar ötən günlərdə baş verənlərin qısa xronologiyasıdır. Martın 11-12-də baş verən əsas hadisələri daim yenilənən bu bloqda təqdim edirik. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
23:06 11.3.2014

Krım hadisələri Rusiyanı 30 il əvvələ, soyuq müharibə dövrünə qaytarır. Putin böyük və güclü Rus imperiyası yaratmaq iddiasını heç vaxt gizlətməyib. Bu iddianın reallaşdırılmasının 2 variantı var idi: Çar Rusiyası və Sovet İttifaqı. Birinci halda, Rusiya siyasi və iqtisadi mənada Avropanın bir hissəsi kimi çıxış edirdi. Çar Rusiyasındakı dövlətçilik və iqtisadiyyat qanunları tədricən Avropa dəyərlərinə əsaslanmağa üz tutmuşdu. Hətta kimisə işğal edəndə, bunu təxribatlar, "ikiüzlü şüarlarla" həyata keçirmirdi. İkinci halda - Putin Sovet imperiyasının yolu ilə gedir, Avropanın əksi, əleyhidarı olaraq daimi yalanlara və utopik ideologiyaya əsaslanmalı idi. Putin 2-ci yolu seçdi. Bu yolun bir nişanəsi də azad mətbuatın Putinə olan reaksiyasıdır.
19:00 11.3.2014
KRIMDA YAŞAYAN AZƏRBAYCANLILAR RƏSMİ BAKIDAN GİLEYLİDİLƏR

Krımdakı Azərbycan icmasının rəhbəri AzadlıqRadiosu ilə söhbətində deyir ki, yarımadada yaşayan 10 minə yaxın Azərbaycanlı arasında Ukrayna-Rusiya münqaişəsinə birmənalı münasibət yoxdur, fikirlər bölünür. Onun sözlərinə görə, rəsmi Bakı Krımdakı Azərbaycanlıların taelyinə biganəlik nümayiş etdirir. Müsahibəni burada oxu
16:26 11.3.2014
Yanukovich geri qayıdacağını bəyan edir. Onun itirdiyi ancaq İsveçrə və Avstriyadakı aktivləri, Avropaya səfər imkanı deyil, Ukraynanın özündə də çox şeydən məhrum olub. Hətta Belarus prezidenti Lukashenko deyib ki, Yanukovychi yıxan KORRUPSİYA oldu. AzadliqRadiosu müxbrinin Yanukovychin villasından çəkdiyi fotolara baxanda Yanukovychin prezident maaşı ilı belə bir sərvət topladığı inanılmaz görünür. Bəs onun dəbdəbəli həyatı haradan qaynaqlanırdı? (Fotosessiya)

Davamı

XS
SM
MD
LG