Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 05:13

Gədəbəydə elektrik stansiyası tikiləcək


elektrik stansiyası
-
Bu barədə məlumatı Gədəbəy rayon icra hakimiyyəti verib. Məlumata görə,
10 MVt gücündə olmaqla, hibrid tipli (günəş, külək, bioqaz) istilik və elektrik stansiyaları inşa olunacaq. Hazırda bununla bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.

Texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra, hibrid stansiyasının inşasına başlanacaq. Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi də məlumat verir ki, Gədəbəylə yanaşı Naxçıvan, Neftçala, Oğuz və Balakən rayonlarında eyni gücə malik stansiyalar inşa olunacaq. Hazırda enerji kadastrları yaradılır və müvafiq xəritələr işlənilir.

2020-ci ilə qədər Azərbaycanın enerji balansında alternativ və bərpa olunan enerjinin payının 20%-ə çatdırılması nəzərdə tutulub.
XS
SM
MD
LG