Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 11:04

Naxçıvan nümayəndəliyinin rəhbəri dəyişdirilib.


Naxçıvan
-
Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri dəyişdirilib.
Əvvəllər YAP Gənclər Təşkilatının sədr müavini olan Bəxtiyar Əsgərov nümayəndəliyə yeni rəhbər təyin olunub. Nümayəndəlikdən verilən məlumata görə o, öz vəzifəsinə fevralın 28-dən başlayıb.

Bəxtiyar Əsgərov 1981-ci ildə Culfa rayonunun Göydərə kəndində doğulub.

Bundan əvvəl nümayəndəliyə Həsən Hacıyev başçılıq edirdi. Onun təqaüd yaşına çatması ilə əlaqədar bu vəzifədən azad edildiyi bildirilir.
XS
SM
MD
LG