Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 07:11

BMT-nin elçisini Krımda hədələyirlər


Robert Serry
Robert Serry
--

BMT-nin xüsusi nümayəndəsi Robert Serry Krımda donanma qərargahı qarşısında hədələnib və ondan regionu tərk etməsi tələb olunub.

Bu barədə BMT baş katibinin müavini Jan Eliasson məlumat verib. O, Kiyevdən telefonla Nyu-Yorkdakı mətbuat konfransına qatılıb.

Onun bildirdiyinə görə, bir qrup naməlum şəxs Robert Serry-ni donanma qərargahı yaxınlığında qarşılayıb və aerodroma gedərək Krımı tərk etməli olduğunu deyib.

Serry maşına əyləşib, bir müddət maşında qalıb.

Maşına hərəkət etməyə imkan verilməyi üçün o, maşından düşərək hotelə piyada yollanıb.

Ukrayna bildirir ki, rus qoşunları onun Krım bölgəsində separatçı hərəkata dəstək verir.

Rusiya isə geyimində fərqləndirmə nişanı olmayan silahlıların rus əsgərləri olduğunu inkar edir.
XS
SM
MD
LG