Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

Bakıdakı 4 saylı klinik xəstəxana bağlanıb


Bakıdakı 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır.Onun sözlərinə görə, xəstəxananın bütün işçiləri Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: “Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək”.
XS
SM
MD
LG