Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:12

Gəncə çayında xüsusi su saxlayıcı anbarlar tikilir


arxiv foto
arxiv foto
-
Bu barədə Gəncə şəhərinin baş memarı Əli Rüstəmli məlumat verib. Bildirib ki, Gəncə çayının su axımı orda çay görüntüsünü istənilən şəkildə yaratmır. Üstəlik qış fəslində suyun axımı dayanır.

Əli Rüstəmli çayın bütün fəsillərdə su tutumunda olması məqsədilə xüsusi kiçik həcmli anbarların tikildiyini deyir.

Baş memarın sözlərinə görə, çayın tərkibinə su təmizləyici kollektorlar da quraşdıracaqlar.

Gəncə çay layihəsi 2 ildir ki start alıb. Layihəyə əsasən çayın sağ və sol sahilində 1200 metr sahil boyunca 4 metrlik hündürlükdə və 1,5 mertr enində bəndlər tikilib.
Layihə 2015 də başa çatmalıdır. Layihəyə görə, son mərhələdə çay kənarı bulvar tikiləcək.
XS
SM
MD
LG