Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

"Oscar" mükafatları verildi


ABŞ - Aktyor-prodüser Brad Pitt (aşağıda sağda) "Ən yaxşı film" üçün "Oscar" mükafatını alır - '12 Years a Slave' filminin yaradıcı heyəti ilə birgə.
ABŞ - Aktyor-prodüser Brad Pitt (aşağıda sağda) "Ən yaxşı film" üçün "Oscar" mükafatını alır - '12 Years a Slave' filminin yaradıcı heyəti ilə birgə.
-

Amerika Kino Akademiyası "Oscar" mükafatının qaliblərini elan edib.

"Ən yaxşı film" nominasiyasında mükafata "12 Years a Slave" (12 il köləlikdə) layiq görülüb.

"12 Years a Slave" filmi - 1841-ci il. Azad insan olan qaradərili Solomon Nortalı doğma şəhəri Saratoqa Sprinqsdən (Nyu-York ştatı) oğurlayırlar. O özünə gələndə qaranlıq bir otağa atıldığını, bədəninə narkotik maddə vurulduğunu və tezliklə qul kimi satılacağını anlayır...



Cate BlanchettMatthew McConaughey "Ən yaxşı aktrisa" ("Blue Jasmine" filmi) "Ən yaxşı aktyor" ("Dallas Buyers Club" filmi) mükafatlarını alıblar.

"Ən yaxşı rejissor" mükafatı isə "Gravity" filminə görə Alfonso Cuarón-a verilib. "Gravity" bu il ən çox - 7 nominasiyada "Oscar" alan film olub.

"Gravity" filmi - Amerikalı astronavtlar açıq kosmosda teleskopu təmir edərkən qıza baş verir. Onların hava gəmisi kosmik zibillə toqquşur. Onların Yerə qayıtması daha mümkün deyil. Nə etməli?



"Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında mükafat Morgan Neville-in "Ulduz olmağın 20 futluğunda" (Twenty Feet From Stardom) filminə verilib.

Film bək-vokalçılar haqdadır. Onlar məşhur müğənnilərin bir neçə metrliyində dayanıb səsləri ilə onlara yardımçı olurlar, amma bu şöhrətdən onlara pay düşmür. Diqqətdən kənarda qalırlar. Əlbəttə ki hamısı yox. Bəziləri həmin 20 futu, 6 metri iradələri və istedadları gücünə qət edib özləri də uduza çevrilirlər…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG