Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:47

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
21:39 3.3.2014
KRIMDAKI UKRAYNA HƏRBÇİLƏRİ RUSLARIN PLANLARINI POZUR

Krımda ancaq yerli dövlət telekanalı yayımlanır. Yaraqlılar tərəfindən ələ keçirilən teleyayım mərkəzinin rəhbəri bildirib ki, onu silah gücü ilə müstəqil kanalların yayımını kəsməyə məcbur edirlər. İnfoblokadaya baxmayaraq Rus qoşunları Ukraynalı həmkarlarını təslim olmağa məcbur edə bilmirlər. Sonuncular döyüşü qəbul etməyə hazır olduqlarını bildirirlər. Sosial şəbəkələrdə yayılan videolardan birində Ukrayna zabiti yaraqlıların silahı ələ keçirmək cəhdinin qarşısını alır

19:04 3.3.2014

Rus yaraqlıları Simferopolda Ukrayna daxili qoşunlarını mühasirədə saxlayır

Yerləşdirilib: 02.03.2014

Hərbi hissənin komandiri AzadliqRadiosuna təsdiqləyiv ki, hərbi hissə yüksək hazırlıq vəziyyətinə gətirilib. Hər şeydən göründüyü kimi, hərbi hissə Krımın yeni rəhbərliyinə tabe olmaq itəmir.



Krımda hərbi qarşıdurma güclənir

Ukraynınaın "Ternopol" gəmisinin kapitanı bildirir ki, Rus hərbçilərindən saat 19-dək ultimatum alıb amma təslim olmaq fikrində deyillər.

Davamı

XS
SM
MD
LG