Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 03:34

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq


əmək kitabçası
-
APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək.

S.Müslümov qeyd edib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq:

“Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq”.
XS
SM
MD
LG