Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Fövqəladə hallar naziri Qubada sakinlərlə görüşəcək


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov
-
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qubada sakinləri qəbul edəcək. Bu barədə nazirliyin saytı məlumat yayıb. Fevralın 28-də keçiriləcək qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gəlmək istəyənlər fevralın 27-nə qədər Quba şəhər Mədəniyyət Evinin binasında qeydiyyatdan keçməlidir. Qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
XS
SM
MD
LG