Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:23

“Azərbaycanda Maydan olmayacaq...”


müxalifət
müxalifət
-
“Zamanla müxtəlif ölkələrdə inqilablar baş verəndə Azərbaycan müxalifətinin radikal qanadının nümayəndələri dərhal geyimlərini dəyişərək gah narıncı, gah da başqa rəngdə geyinib ortaya düşürlər”.

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov müxalifətə yaxın mətbuat orqanlarında Ukrayna hadisələrinin Azərbaycana sıçrayacağı ilə bağlı gedən mövzulara münasibət bildirərkən deyib.

“Bu hansı zərurətdən yarana bilər axı? Bu gün Azərbaycan hər hansı bir dövlətin diktəsi olmadan müstəqil siyasət yürüdən, ədalətli, demokratik bir dövlətdir. Dövlətimizin bütün ölkələrlə istər siyasi, istərsə də iqtisadi münasibətləri mövcuddur”.

QƏZET REDAKTORUNUN ANASI PREZİDENTƏ MÜRACİƏT EDİB

Əvəz Zeynallı
Əvəz Zeynallı
“Xural” qəzetinin baş redkatoru Əvəz Zeynallının anası Şamama Zeynallı prezident İlham Əliyevə müraciət edib. Bu barədə “Bizim yol” qəzeti yazıb. Bildirilir ki, “Xural” qəzetinin direktoru Nizami Həsənli bu məlumatı təsdiqləyib. “Bu günlərdə Əvəz Zeynallının anası Şamama xanım da prezidentə müraciət edərək, Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamı ilə baş redaktorun azad edilməsini istəyib” – deyə N.Həsənli bildirib.

“HARINLAMIŞ QAZİLƏR”

Qarabağ əlili Namiq Ağayev fevralın 24-dən ölüm aclığına başlayıb. Bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Qəzet bildirir ki, ikinci qrup əlil olan vətəndaş sosial problemlərinin ciddiliyindən və səhhətindən şikayətlənib. Onun sözlərinə görə, illərdir ki, pulsuzluq səbəbindən müalicə belə oluna bilmir və sağlamlıqla bağlı problemləri ciddiləşib.

O, illər əvvəl ev növbəsində durduğunu, lakin ona rüşvət vermədiyi üçün ev verilmədiyini də bildirib.

“Bizə harınlamış qazilər deyirlər, ancaq problemlərimizi dinləyən yoxdur. Budur Azərbaycan dövlətinin öz döyüşçüsünə münasibəti, qayğısı?”

AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ MİNAYA DÜŞÜB

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Sadiq Nurəddin oğlu Əmirov minanın partlaması nəticəsində xəsarət alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, S. Əmirov Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

“AZƏRBAYCANDA “MAYDAN”DAKINA BƏNZƏR HADİSƏLƏR BAŞ VERƏ BİLMƏZ”

Ukrayna, 24 fevral
Ukrayna, 24 fevral
“Gün.Az”a açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı Ukraynada baş vermiş son olayların Azərbaycana təsirinin mümkünlüyü məsələsinə münasibət bildirib. M.Qurbanlının sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitlik var:

“Heç bir halda “Maydan”dakına bənzər hadisələr baş verə bilməz. Ona görə Azərbaycanda bu tipli hadisələrin baş verməsi ehtimalı çox azdır. Eyni zamanda, Azərbaycan xalqı buna bənzər hadisələri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yaşayıb və o mərhələni keçib”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG