Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:40

Savalan yaşayış massivində qayıq arzulayırlar


Foto: Arxiv
Foto: Arxiv
-
“Burada bütün evlər su altındadır. Hara şikayət ediriksə, baxan yoxdur. Kimə deyirsən, cavab verir ki, mənlik deyil. Bircə qayığımız çatmır”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə gileylənən Sabunçu rayonu ərazisindəki Savalan yaşayış massivinin sakinləridir. Səhlab Paşayev deyir, 8 ilə yaxındır ki, bu ərazidə yaşayır. Hər il payızdan yazadək küçədən evə axan kanalizasiya, yağış suları ilə mübarizə aparır. Yağış yağan kimi ərazidəki evlər su altında qalır. Səbəb bir neçə ildir ki, yaşayış olan ərazidə hələ də kanalizasiya xətlərinin olmamasıdır:
“Bu il vəziyyət lap pisləşib, sular artıq evlərimizin döşəmələrindən qalxır. Hələ yaşayış massivinin aşağı tərəfləri lap biabırçı vəziyyətdədir. Burada 1000-dən artıq ev tikilib. Yığışıb bir neçə dəfə yolu da kəsmək istəmişik. İcra hakimiyyəti atır bələdiyyənin üstünə, bələdiyyə atır icra hakimiyyətinin üstünə”.

ƏVVƏL MAŞTAĞA, SONRA SAVALAN

Savalan yaşayış massivi Maştağa bələdiyyəsinə baxır. Bələdiyyədən “Qaynar xətt”ə bildiriblər ki, qeyd olunan ərazidəki problemdən xəbərdardırlar. Savalan yeni yaşayış massivi olduğundan öncə Maştağa qəsəbəsində kanalizasiya sisteminin qurulması başa çatmalıdır. O ki qaldı suların evlərə axmasına, bunun qarşısını Fövqəladə Hallar Nazirliyi almalıdır.

Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa icra nümayəndəliyindən də eyni sözü dedilər.
XS
SM
MD
LG