Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:16

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


02:58 25.2.2014
Ukraynanın qərbində Yanukovychin Regionlar partiyasnın qərargahında Seçki komissiyasının onlarla möhürü tapılıb. Möhürlərin fotolarını dərc edən Censor.net.ua saytı xəbər verir ki, bu möhürlərin köməyi ilə hakim partiya seçkiləri saxtalaşdırırdı.

22:23 24.2.2014
Ukrayna parlamentinin deputatları Maydanda həlak olan etirazçılara "Ukrayna qəhrəmanı" adının verilməsi barədə qərar qəbul ediblər.

Bu təklifə 346 deputat səs verib. Müvafiq təklif ölkənin növbəti prezidentinə ünvanlanacaq.

Ukraynada ötən ilin noyabrında başlanan kütləvi aksiyalar prezident Yanukovych-in hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 100-cən etirazçı ölüb.

Hazırda hakimiyyət etirazları təşkil etmiş müxalifət qüvvələrinin əlindədir.
21:59 24.2.2014
ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ KİYEVƏ GEDİR

ABŞ Dövlət katibinin müavini William Burnsün fevralın 25-26-da Kiyevə səfəri gözlənilir. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Onun səfər zamanı aparıcı müxalifət liderləri, deputatlar, iş adamları və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşü nəzərdə tutulur.

Burnsu maliyyə nazirliyi və milli iqtisadi şuranın nümayəndələri müşaiyət edəcək.Səfər zamanı iqtisadi islahatlar aparmaq üçün yeni hökumətə lazımi maliyyə dəstəyi müzakirə olunacaq.

Davamı

XS
SM
MD
LG