Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:31

"Da Vinçi şifrəsi"ni ötüb keçən roman...


-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi.

Cek London DƏMİR DABAN

Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Ever­qardla evlənir. Onlar müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək uğrunda mübarizə aparırlar.

Kitabda ABŞ-dakı oliqarxların hakimiyyəti "Dəmir daban" adlandırılır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.

Tərcümə: Yusif Əzimzadə


Haynrix Böll. HEKAYƏLƏR

Nobel mükafatı laureatı Haynrix Böll (1917-1985) dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması” hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaradıb.

Bu hekayələrdə özünün “yaddaşında əbədi olaraq dəhşətli, qanlı bir ölüm maşını kimi qalan” müharibə prosesinin özü deyil, əsasən, onun törətdiyi nəticələr, insanı həm fiziki, həm də mənəvi cəhətdən necə şikəst etdiyi təsvir olunur.

Alman dilindən tərcümə: Vilayət Hacıyev


Cecelia Ahern. P.S. I LOVE YOU

İrlandiya baş nazirinin qızı Seselia Ahern Avropa məhəbbət romanının yeni ulduzudur. Onun kitabları – superbestsellerləri təxminən əlli dilə tərjümə olunub.

Debüt romanı olan "P.S. Mən səni sevirəm" satışa çıxan kimi Britaniya reytinqlərində "Da Vinçi şifrəsi"ni ötdü və Seseliaya dünya şöhrəti qazandırdı.
"P.S. Mən səni sevirəm" bestselleri sevginin ölümdən güjlü olması haqqında müasir bir hekayətdir.

Tərcümə: Fizzə Heydərli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG