Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:49

Bakı Dövlət Universitetinin tələbələri etiraz edir


-
Bakı Dövlət Universitetinin bir qrup tələbəsi universitetin binası qarşısında aksiya keçirir.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, 60-a yaxın tələbə “Qanunları pozmayın, saxta qanun yazmayın” şüarı ilə keçirdiyi oturaq aksiyada alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanuna etiraz edirlər.

Universitet rektoru Abel Məhərrəmov jurnalistlərə deyib ki, hazırda Təhsil nazirliyinin nümayəndələri ilə qaldırılan məsələ müzakirə olunu.

Rektor aksiya keçirən tələbələri məsələni universitetin daxilində müzakirə etməyə çağırıb.

Tələbələrin oturaq aksiyası davam edir.
XS
SM
MD
LG