Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:28

Ukraynanın Təhlükəsialik Xidməti antiterror əməliyyatına başlayır


Oleksandr Yakimenko
Oleksandr Yakimenko
Ukraynanın Təhlükəsialik Xidməti azı 26 nəfərin ölümü ilə nəticələnən son hadisələrlə bağlı antiterror əməliyyatına başlandığını bəyan edib.

Xidmətin rəhbəri Oleksandr Yakimenko son bir neçə gün ərzində cinayətkarların əlinə 1500 silah və 100 minədək patron keçdiyini deyir.Onun sözlərinə görə, əməliyyat barədə prezident Viktor Yanukovychə məlumat verilib və əməliyyat Daxili İşlər Nazirliyinin əməkdaşlığı ilə keçiriləcək.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Ukraynadakı hadisələrə görə xarici işlər nazirlərinin təcili iclasını çağırıb.Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosu Ukraynada baş verənlər zorakılıqları kəskin pisləyib.

Qeyd edək ki, Ukraynada baş verən son toqquşmalarda azı 26 adam ölüb.

İsveçin xarici işlər naziri Karl Bildt qan tökülməsinə görə Ukrayna prezidenti Viktor Yanukovychi günahlandırıb.

Rusiyanın xarici işlər nazirliyi isə Ukraynadakı son hadisələri hakimiyyətin zorla zəbt edilməsinə cəhd adlandırıb.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.
XS
SM
MD
LG