Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:49

Azərbaycanın müdafiə naziri Belqradda Serbiya prezidenti ilə görüşüb


 Zakir Həsənov
Zakir Həsənov
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya səfəri davam edir.

Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, müdafiə naziri Zakir Həsənov səfər çərçivəsində Serbiya prezidenti Tomislav Nikoliç ilə görüşüb.Görüşdə ikitərəfli əlaqələrin inkişafı və strateji tərəfdaşlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti səfər zamanı həmçinin Serbiyanın müdafiə sənayesi müəssisələrində olub.

Müdafiə naziri Zakir Həsənov Azərbaycanın Serbiyadakı səfirliyinə də baş çəkib.
XS
SM
MD
LG