Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:29

Avropa Gürcüstanın keçmiş baş naziri Merabishvilinin həbsi və sonrakı prosesi diqqətdə saxlayacaq


 Maja Kocijancic
Maja Kocijancic
Avropa Birliyi Gürcüstanın keçmiş baş naziri Vano Merabishvilinin həbsi və sonrakı prosesi diqqətdə saxlayacaq.Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun sözçüsü Maja Kocijancic bu gün Brüsseldə bəyan edib.

Gürcüstanın keçmiş baş naziri Vano Merabishvilini fevralın 17-də 5 il azadlıqdan məhrum edilib.O səlahiyyətlərini aşmaq, seçiciləri ələ almaq və büdcə vəsaitindən düzgün istifadə etməməkdə ittiham olunur.

Merabishvili həbsinin siyasi motivli olduğunu deyir.Vəkili qərardan şikayət veriləcəyini bildirib.

Keçmiş prezident Mikheil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının baş katibi olan Merabishvili ötən ilin mayında həbs edilib.
XS
SM
MD
LG