Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:25

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
23:25 27.2.2014
AzadliqRadiosu Ukrayna xidmətinin xəbər lentindən

- Türkiyə xarici işlər nazirliyi Ukraynanın ərazi bütovlüyün tanıyır
- İsveçrə hakimiyyəti Yanukovych-ə aidiyyatı ola biləcək bütün bank hesablarının dondurulması haqda qərar verib
- ABŞ rəsmisi bəyan edib ki, artıq Yanukovych-İ prezident kimi qəbul etmir

Hörmətli AzadliqRadiosu oxucuları, bu canlı bloqda fevralın 27-də Ukraynada və Krımda baş verən əsas hadisələrin xronologiyası öz əksini tapır. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı "davamı" düyməsi ilə blqou "səhifələyərək" günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür. Fevralın 28-də, ehtiyac yaranarsa, yeni canlı bloq yaradılacaq. Azadlqıda qalın

Davamı

XS
SM
MD
LG