Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Polis «Kabus»a imkan vermədi


Serbia - Wikluh Sky of Serbian Hip-Hop group Bad Copy, performs during the 13th EXIT music festival at Petrovaradin Fortress, in Novi Sad July 11, 2013.
Serbia - Wikluh Sky of Serbian Hip-Hop group Bad Copy, performs during the 13th EXIT music festival at Petrovaradin Fortress, in Novi Sad July 11, 2013.
-
Polis repçi “Kabus”un “Ergenekon” adlı solo-konsertinə imkan verməyib. Bu barədə konsertin təşkilatçısı Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, iki aydır ki, fevralın 16-da Bakının “Vətən” kinoteatrında planlaşdırılan konsertə hazırlaşırdılar:

“Ancaq fevralın 15-də axşam kinoteatrın rəhbərliyi bizə bildirdi ki, bura polislər gəlib”.
Şəhriyar Məcidzadə deyir ki, Nəsimi rayon polis idarəsinin əməkdaşları onlara konsertin olmayacağını bildiriblər:

“Dedilər ki, bu, təhlükəsizlik səbəbi ilə bağlıdır. Biz də dedik ki, əgər elədirsə, onda gəlin siz də konsertə qatılın və təhlükəsizliyimizi təmin edin”.

Şəhriyar Məcidzadənin sözlərinə görə, polis fevralın 16-da konsertin təyin olunduğu ərəfədə - saat 2-də “Vətən” kinoteatrının ətrafını mühasirəyə alıb və bura heç kəsi buraxmayıb:

“Bizim bərabərlik hüququmuz pozulub. Həm mənəvi, həm maddi ziyanla üzləşmişik. Əgər bizə dəyən zərər ödənməsə, “Demokratiya, azadlıq ayaq altında” şüarı ilə fərdi aksiyaya başlayacam”.

Müsahibimiz bildirir ki, konsertə 250 bilet satılıb, “Vətən” kinoteatrına icarə haqqı kimi 250 manat beh verilib, o cümlədən səhnənin hazırlanması üçün texniki xərcləri olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna faktı təsdiqləyib, deyib ki, konsertə imkan verilməməyinin səbəbi təhlükəsizlik məsələləri olub:

“Müvafiq qanuna uyğun olaraq, kütləvi toplantılar barədə mütləq yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Vətəndaşların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir”.
“Kütləvi toplantı anlayışı kinoteatr üçün də keçərlidirmi” sualının cavabında Ehsan Zahidov bildirdi ki, kinoteatr yalnız kino göstərmək üçündür: “Orda tədbir keçirmək istəyən təşkilat mütləq aidiyyətli orqana xəbər verilməli idi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG