Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

Rövşən Qəmbərov. Sükutdan yaxşı...


-

"Oxu zalı"nda kitab müzakirələri daha çox olacaq...

OXUMA!

- Axı siz kimsiniz ki, mənim romanımı müzakirə edirsiz? "Vor zakon"suz? Mənim romanım Türkiyənin ən mötəbər salonlarında müzakirə olunur...

Bunu mənə yeni romanını "Oxu zalı"nda müzakirəyə çıxardığımız bir yazıçı demişdi.

Praqa ilə Bakı arasında telefon danışığımız az qala 1 saat davam etmişdi.

O, bundan əvvəl radionun Bakı bürosuna zəng etmiş, müzakirəni dayandırmağa çalışmışdı.

Sonra yaxın dostum vasitəsilə mənə xəbərdarlıq da çatdırdılar. Məhkəməyə verərik ha!

Qəribə idi. Hansı əsası gətirəcəkdilər? Romanın şərəf və ləyaqətini təhqir etdiyimiz üçün?..

Açığı, bir roman müzakirəsinin niyə belə ağrılı reaksiya doğurduğunu, bir adamın işini-gücünü atıb hətta tənqidçilərə belə zəng eləməsinin səbəbini anlamırdım.

Amma o biri tərəfdən tanış mənzərə idi. 2010-cu ilin yayından bəri "Oxu zalı"nda 22 roman müzakirə etmişik. Daha hansı reaksiyalar olmadı...

DAHA ÇEVİK

Yəqin bu ağrılı reaksiya həm də müzakirələrin ədəbi cameə üçün nə dərəcədə mühüm olduğunu göstərir.

Bundan sonra Azadlıq Radiosunun "Oxu zalı"nda roman müzakirələri daha çox olacaq.

Əgər indiyəcən müzakirəyə əsasən SON 5-6 İLDƏ nəşr olunan romanlar çıxarılırdısa, bundan sonra ilk növbədə TƏZƏ ÇIXAN romanlar diqqətdə olacaq.

2014-cü ilin kitablarıyla başlayacağıq

Yenə də bu müzakirələr kiminsə zəhmətini yerə vurmaq, yaxud layiq olmadığı halda göylərə qaldırmaq məqsədi güdməyəcək.

Məqsəd yeni çıxan əsərlər haqda oxucuya daha çox məlumat vermək, ədəbiyyatda polemika mühitinə xidmət etmək, əsər haqda bütün rəy spektrini əhatə etmək olacaq.

Qoy oxucu özü bu rəylərin arasından ona inandırıcı gələni seçsin.

HƏRƏ ÖZ İŞİNİ TUTSUN

Hər bir yazarın öz əsərini mümkün qədər çox reklam etmək, ondan daha çox pul qazanmaq istəyini anlamaqla yanaşı tənqidlərin də vacibliyi düşüncəsindəyik.

Sovet cəmiyyəti monoloqlar dövrü idi, indiki cəmiyyət isə çoxsəslidir.

Özünü toxunulmaz sayanlar, fərqli fikrə dözməyənlər, cib qəzet-jurnallarının əliylə özünü canlı klassik elan edənlər yenə də öz işini tutsun.

"Oxu zalı" isə öz işini tutacaq.

Yazıçılara "pullu reklam xidməti" göstərməyi özünə sığışdırmayan, vicdanlı tənqidçilərin gündüz vaxtı çıxaqla axtarıldığı, saylarının çox az qaldığı bir dövrdə bəlkə də bunu ürək istəyən səviyyədə etmək çətindir.

Hər halda bu, ölü sükutdan yaxşıdır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG