Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 11:27

ABŞ Arktikaya səfir təyin edəcək


ABŞ elan edib ki, Arktikaya xüsusi səfir təyin etməyi planıaşdırır.

Hazırda bir neçə ölkə neft və başqa qiymətli xammalla zəngin bu regiona ciddi maraq göstərir.

Vaşinqton gələn il səkkiz üzv ölkədən ibarət Arktika Şurasına sədrlik edəcək və dövlət katibi John Kerry bildirib ki, ABŞ bu regiona göstərilən maraqdan kənarda qala bilməz.

Arktika Şurasına Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Rusiya və ABŞ daxildir.

Amerika bu şuradakı nümayəndəsinin statusunu xüsusi səfir ranqına yüksəldəcək.

Alimlər inanırlar ki, planetin karbohidrogen ehtiyatlarının 22 faizi məhz Arktika buzluqlarının altındadır.
XS
SM
MD
LG