Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:12

Polis Bakıda «Traktorsazi»nin qələbəsini bayram edən gəncləri saxlayıb


-
Milliyyətçi Gənclər Hərəkatı İran Kubokunun qalibi olan Təbrizin «Traktorsazi» klubunun şərəfinə Sahil Parkında yürüş keçiriblər.

«Yeni Musavat»ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər aksiyaya müdaxilə ediblər. Gənclərdəki plakatlar əllərindən alınıb.

Hərəkat üzvlərindən İlkin Bozqurd və daha bir neçə nəfər saxlanaraq Səbail rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb.

Bölmədən AzadlıqRadiosuna gənclərin saxlanmasını təsdiqləyiblər:

«Gənclər Sahil parkında aksiya keçirməyiblər. Onlar İranda futbol komandasının qələbə çalması münasibətilə şəkil çəkdirirmişlər. Polis də onları saxlayıb. İndi onlar bölmədədirlər. Onlarla söhbət aparılır».

Fevralın 14-də Kirman şəhərində Təbrizin «Traktorsazi» komandası meydan sahibi «Mis Kirman» klubunu 1-0 hesabı ilə udaraq İran kubokunun qalibi olub.
XS
SM
MD
LG