Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:49

ATƏT Ermənistanda jurnalistə qarşı polis zorakılığından narahatlıq bildirir


ATƏT-in Media üzrə Xüsusi Nümayəndəsi Ermənistanda jurnalistlərə qarşı polisin zorakılığından narahatlıq bildirib.

Dunja Miyatovicin Ermənistan hakimiyyətinə yazdığı məktubda deyilir ki, “Jurnalistə qarşı zorakılıq qəbul edilməzdir. Həyacan doğuran odur ki, jurnalisti qorumalı və yardım etməli polis zabitləri jurnalistə qarşı zor işlədir”.

Fevralın 12-də ictimai tədbiri işıqlandıran Ani Gevorkyan və Sarkis Gevoryan adlı iki jurnalistə polis hücum çəkib və tutub-aparıb. Az sonra onlar buraxılıb. Həbsdə olarkən onların üstü axtarılıb, kameralarından bütün videolar silinib.

Mijatovic Ermənistan hakimiyyətini şəffaf istintaq aparmağa çağırır.
XS
SM
MD
LG