Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 17:15
Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxsin Əfqanıstanda öldürüldüyü bildirilir.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstandakı silahlı qrupun tərkibində vuruşan Şəki sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb.

İnterpolun məlumatına görə, M. Bayramov Azərbaycan, rus və puştu dillərini bilirmiş. O, Azərbaycandan kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılması, onların silahlandırılması və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunurmuş.

Qeyd edək ki, APA agentliyi bundan əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG