Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Gələcək haqqında səhv çıxmış proqnozlar


-

1859-cu il

"Yəni demək istəyirsiniz ki, torpağı qazmağa başlayaq və neft tapmağa çalışacaq? Dəlisiz?"

Köməkçilərinin Edwin Drake-ə dediyi sözlər.
Amerikada neft kəşfiyyatı işlərinə ilk dəfə Blake başlayıb.
1873

“Ürək və beyində cərrahiyyə əməliyyatları heç zaman mümkün olmayacaq”.

Ser John Eric Ericksen, ingilis cərrahı, kraliça Viktoriyanın həkimi

1878

“Paris sərgisi bağlanan kimi elektrik lampasının da kitabı onunla birlikdə bağlanacaq və daha heç kimin yadına düşməyəcək”.

Erasmus Wilson (Oksford professoru)

1896

“Rentgen şüalarının bir aldanış olduğu üzə çıxacaq”.

Lord Kelvin, Britaniya fiziki, riyaziyyatçısı

1903

“At qalıcıdır, avtomobil isə gəldi-gedər bir yeniikdir”.

Miçiqan Bankının prezidenti “Ford Motor” şirkətinin səhmdarlarından olan Horace H. Rackham-a məsləhət verir ki, avtomobil sənayesinə sərmayə qoymasın.
Marilyn Monroe, 1945
Marilyn Monroe, 1945

1944

“Yaxşısı budur, get katibə işlə, o da olmasa, ərə get”.

Model Agentliyinin sahibi Emmeline Snively-nin gələcəyin məşhur modeli, aktrisası Marilyn Monroe-ya verdiyi məsləhət

1955

“Rock N”Roll? Ömrü iyuna qədər çəkər”.
Variety dərgisi

1999

Google-un texniki direktoru, məşhur futuroloq Reymond Kurtsvel 1999-cu ildə çapdan çıxan kitabında bəzi proqnozlar vermişdi. Yazmışdı ki, 10 ildən sonra insanlar mətnlərin çoxunu səsi hərfə çevirən proqramlar vasitəsilə yaradacaq.

Düzdür, indi belə proqramlar var, amma insanlar yenə də daha çox klaviaturadan istifadə edirlər.

Onun daha bir proqnozu mobil telefonlarla bağlı idi. Kurtsvel demişdi ki, 2009-cu ildə telefonların çoxu tərcümə proqramları ilə təchiz olunacaq və insan, dilini bilmədiyi həmsöhbəti ilə sinxron tərcümə proqramlarının köməyilə asanlıqla danışa biləcək.

Düzdür, “Google Tərcümə” indi çoxlarının köməyinə çatır, amma telefonların danışığı sinxron tərcümə eləməsinə yəqin hələ çox var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG