Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

“Azəryol” voleybol komandası CEV kuboku yarışının yarımfinalına çıxıb


Foto arxiv
Foto arxiv
Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası CEV kuboku yarışlarının yarımfinal mərhələsinə çıxıb.

Komanda fevralın 11-də Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “çellenc” raundu mərhələsi çərçivəsində cavab oyununa çıxıb.Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda “Azəryol” Polşanın “Fakro” kollektivi ilə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edib.

Polşada təşkil olunmuş ilk görüşdə Bakı təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olsa da iki oyunun nəticəsinə görə, “Azəryol” CEV kuboku yarışlarının yarımfinalına çıxıb.
XS
SM
MD
LG