Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:19

Müsavat Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib


-

Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması istəyi ilə BŞİH-nə müraciət yollayıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

«Məktubda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğu bildirilib. Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik. Həmçinin müraciətdə təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikirləri olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu da bəyan etmişik», - deyə Gülağa Aslanlı bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG