Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

İsveçrə immiqrantlara qarşı kvota tətbiq edir


Foto arxiv
Foto arxiv
İsveçrə sakinləri bazr günü keçirilən referendumda cüzi səs çoxluğu ilə Avropa Birliyi ölkələrindən gələn immiqrantlara kvotanın bərpasına səs veriblər.Kvotanın bərpasına seçicilərin cəmi 50,3 faizi səs verib.

BBC-nin məlumata görə bu təşəbbüsü əsasən italiyan dillilər dəstəkləyib.Alman dillilərin yaşadığı regionda isə fikir ayrılığı müşahidə olunub, Fransız dillilərin yaşadığı regionlar isə kvotanın əleyhinə səs veriblər.

Hakim Xalq partiyasının dəstəklədiyi dəyişiklik 3 il ərzində qüvvəyə minə bilər.

Bundan təəsüflənən Avropa Birliyi hesab edir ki, bu addəm Brüssellə Bern arasındakı münasibətlərə təsir göstərə bilər.
XS
SM
MD
LG