-
Fevralın 10-da ölkədə yazılı abidələrin tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun 55 yaşı tamam olur.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat və informasiya xidmətinin yaydığı xəbərə görə, Paşa Kərimov 1959-cu ildə Bakıda dünyaya gəlib.
1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1982-ci ildən AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda çalışır.
Əvvəlcə baş laborant, dörd il elmi katib, doqquz il direktor müavini olub, iki ildən artıqdır ki, direktor vəzifəsini icra edir.
O, 1991-ci ildə “Əlican Qövsi Təbrizi “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və bu illər ərzində əlyazma abidələrinin mahir və məhsuldar araşdırıcısı kimi tanınıb.
Xəbərdə bildirilir ki, Paşa Kərimov Əlyazmalar İnstitutunda, dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan onlarla əlyazmaları aşkar edərək araşdırıb, kitab halında geniş ön sözlə çap etdirib, yazılı abidələrin tədqiqinə monoqrafiyalar, həm də xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı məqalələr həsr edib.
İlk dəfə XVI-XVII əsr şairlər Yusif bəy Ustaclu, Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Məczub Təbrizi, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra digər abidələri çap etdirib.
P. Kərimov Əlyazmalar İnstitutunda işlədiyi müddətdə xarici ölkələrin kitabxana və muzeylərində saxlanan yazılı abidələrin surətlərinin əldə edilməsinə çalışıb, yüzlərlə əlyazmanın surətinin çıxarılaraq tədqiqata cəlb edilməsinə nail olub.
Onun ölkəyə gətirdiyi, tədqiqata cəlb etdiyi yazılı abidələrin köməyi ilə ölkənin tarixi, ədəbiyyat, dil və mədəniyyət tarixi barəsində yeni söz demək mümkün olub.
P. Kərimovun “Əlican Qövsi Təbrizi “Divanı”ının tekstoloji tədqiqi”, “XVII əsr anadilli Azərbaycan lirikası”, “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)”, “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” monoqrafiyaları, ölkədə və xaricdə çap edilmiş çoxsaylı məqalələri araşdırılan əlyazma materiallarının çoxluğu, elmi-nəzəri səviyyəsinin yüksəkliyi ilə diqqəti cəlb edir.
Tanınmış alim 2013-cü ildə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı”na layiq görülüb.
Paşa Kərimov ünlü şair Əli Kərimin oğludur.
AzadlıqRadiosunun “İz” proqramı Paşa müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.