Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

Vaqif Səmədoğlu Azərbaycana qayıdır


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
-
İsraildə müalicə olunan şair Vaqif Səmədoğlu gələn həftə Azərbaycana gələcək.

Bunu AzadlıqRadiosuna şairin həyat yoldaşı Nüşabə Vəkilova deyib.

Həyat yoldaşı Vaqif Səmədoğlunun səhhətinin normal olduğunu deyir:

«Müalicəsi davam edir, vəziyyəti ortadır. Hər halda, mübarizə davam edir. Əhvalı pis deyil, zarafatları da öz yerində. İki gün əvvəl gecə bir şer də yazıb paylaşıb».

Onkoloji xəstəlikdən əziyyət çəkən xalq şairi prezident İlham Əliyevin ayırdığı vəsait hesabına İsraildə müalicə olunur.
XS
SM
MD
LG