Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:58

İspaniya şahzadəsi korrupsiya ittihamı ilə məhkəməyə çəkildi


Şahzadə Christina və əri Inaki Urdangarin
Şahzadə Christina və əri Inaki Urdangarin
İspaniya şahzadəsi Christina ərinin bizneslərində korrupsiya ittihamı ilə bağlı keçirilən məhkəmədə dindiriləcək.

Beləliklə, İspaniya tarixində ilk dəfə olaraq monarx ailəsinin üzvü cinayət işi ilə əlaqədar məhkəmə prosesində sorğu-sual ediləcək.

Şahzadə Christina-nın əri Inaki Urdangarin dövlət vəsaiti ilə əlaqədar fırıldaq əməllərində ittiham edilir.

Şahzadə və əri ittihamları rədd edirlər.

Şahzadənin əri iki regional hökumət üçün şişirdilmiş qiymətlərlə tədbirlər təşkil etməkdə suçlu bilinir. Şahzadə Christina isə həmin pullardan şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.

Xəbər verilir ki, bu qalmaqal populyarlığını onsuz da itirməkdə olan İspaniya kralı Juan Carlos üçün son dərəcəcə xoşagəlməzdir.
XS
SM
MD
LG