Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 00:47

"Today's Zaman" azərbaycanlı jurnalistə qarşı hərəkətləri pisləyir


Türkiyənin “Today’s Zaman” qəzeti bildirir ki, bu qəzetdə çalışan jurnalist Mahir Zeynalova baş nazir Recep Tayyip Erdoganı tənqid etdiyinə görə ölkəni tərk etmək əmri verilib.

“Today’s Zaman” yazır ki, onun 27 yaşlı internet redaktoru, Azərbaycandan olan Mahir Zeynalov polisin müşayəti ilə təyyarəyəcən ötürülüb.

Qəzet yazır ki, Erdoganın vəkilləri Zeynalova qarşı iddianı dekabrda qaldırıblar. Onlar Zeynalovun 2 twitini əsas gətirirlər. İddia olunur ki, həmin twitlərdə söhbət baş nazirin ədliyyənin işinə qarışmasından və Əl Qaida ilə əlaqədə şübhəli bilinənin həbsinə imkan verməməsindən gedir.

Qəzetin baş redaktoru Bulent Kenes Zeynalova qarşı hərəkətləri “despotik və özbaşınalıq” adlandırır və hesab edir ki, bu, Türkiyədə işləyən bütün xarici jurnalistlərin gözünü qorxutmaq cəhdidir.
XS
SM
MD
LG