Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:30

Kamal Abdulla poetik aldanışlara baş vurdu


Kamal Abdulla
Kamal Abdulla
-
Ədəbi fəaliyyətində daha çox yazıçı və dramaturq kimi tanınmış Kamal Abdullanın “Nar çiçəkləri” adlı şeirlər kitabı işıq üzü görüb.

“Mütərcim” nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeir və poemaları toplanıb.

“Nar çiçəkləri”ndə insanın aldanışlar dünyasıyla gerçək həyat eniş-yoxuşları arasındakı yaşantıları əksini tapıb.

Nəşrin adı kitabda yer almış “Nar çiçəkləri” şeirindən götürülüb.

Yaşıl nar ağacının
soldu nar çiçəkləri.
Soldu nar çiçəkləri,
kim deyərdi solacaq?
Birdən-birə büzüşdü,
qocaldı ləçəkləri.
Soldu nar çiçəkləri,
guya ki, nə olacaq…
Bu ağrılar, əzablar
bizə gəlib dəydilər.
Unuduldu sevilən,
unuduldu sevəni.
Bu ağacın içində
məni gizlədəydilər,
Dost da gəlib baxaydı,
tapammayaydı məni.
Kağızdan evcik qurub,
qızıl saray bilmişik.
Nahaqdan incitmişik
qüssəli ürəkləri.
Bu dünyaya bəlkə də
bir az vaxtsız gəlmişik.
Kim deyərdi solacaq,
soldu nar çiçəkləri.
Vaxt gələcək ağrımız
örtüləcək çiçəklə,
Bütün yaralarımız
yenidən bitişəcək.
Hər şey qurtaracaqdır
xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri --
indi nar yetişəcək!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG