Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:29

Britaniyalı səfir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”


Birləşmiş Krallığın bayrağı
Birləşmiş Krallığın bayrağı
-
“Birləşmiş Krallıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həll olunmasını dəstəkləyir”.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiq Gəncəyə səfəri çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Məlumatı APA yayıb.

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır: “Bu münaqişə uzun müddətdir çözülmür və münaqişə tərəflərinə əziyyət verir. Ona görə də qısa bir zamanda məsələ həll olunmalıdır. Biz hal-hazırda iki ölkənin həm prezidentləri, həm də xarici işlər nazirləri arasında keçirilən görüşləri dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı bir tərəf kimi, hər hansı bir məsələdə dəstək verməyə hazırıq”.

Görüşdə diplomata regionda mətbuatın vəziyyəti barədə məlumat verilib. Səfir gələcəkdə həyata keçiriləcək layihələrə regiondan olan jurnalistlərin də cəlb ediləcəyini söyləyib.
XS
SM
MD
LG