Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 17:07

HRW: “İranda məhbus qadınlara işgəncə verilir”


Human Rights Watch
-
“İran hakimiyyəti həbsxanadakı qandınlarla pis davranır, məhbus qadınlara qarşı tez-tez işgəncələr verilir”.

Human Rights Watch-un fevralın 6-da dərc olunan hesabatında belə deyilir.

Təşkilat hesab edir ki, İranın təhlükəsizlik qüvvələri qanunsuz olaraq yüzlərlə qadını həbsdə saxlayır, onların üzərində qurulan məhkəmə proseslərinin də heç birində beynəlxalq normalara əməl olunmur.

Hüquq müdafiə təşkilatı İranın məhkəmə sisteminin korrupsiyalaşdığını, ifadələrin, əsasən, təhdid yolu ilə alındığını bildirir. “Çox sayda qadınlar ittiham olunmadan aylar və illərlə həbsxanalarda saxlanılır”.

Human Rights Watch-ın məlumatına görə, hazırda İranda 4200-dən çox qadın həbs altındadır. Təşkilat onların çoxunun sünni ərəblər olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG