Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

Ermənistandan sığınacaq istəyən azərbaycanlı ailə Yerevandadır


Ermənistandan siyasi sığınacaq istəyən azərbaycanlı ailə hazırda Yerevandadır.Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, yanvarın 29-da 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə birlikdə gürcüstandan Ermənistana keçərək siyasi sığınacaq istəyib.Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırır.Cavidin dediyinə görə, təqiblər onun əslən erməni olan Bakı sakini Röya Mirzoyeva ilə ailə qurmasından sonra başlayıb.

Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub.

Azərbaycan tərəfi hələ ki, bu məsələyə münasibət bildirməyib.
XS
SM
MD
LG