Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:45

Norveç jurnalistləri Soçinin hələ hazır olmadığını yazırlar


Fevralın 7-si 22-ci Qış Olimpiya oyunlarının açılışıdır
Fevralın 7-si 22-ci Qış Olimpiya oyunlarının açılışıdır
-
Norveçin qış olimpiya oyunlarına marağı təbiidir. Deyirlər ki, norveçlilər ayaqlarında xizək doğulurlar.

Odur ki, hər 4 ildən bir qış oyunları başlayanda bütün ölkə nəfəsini dərib öz atletlərini izləyir. Burada qış olimpiadası Braziliyada futbol kimi bir şeydir.

Buna görə də Norveç jurnalistlərinin hamıdan əvvəl Soçiyə gəlib olimpiadaya hazırlaşması təəccüb doğurmamalıdır.

Əhali hansısa Norveç atletinin finişə sonuncu gəlməsini bəlkə də bağışlayar, amma bu yarışın birbaşa yayımının kəsilməsi TV kanalların faciəsi demək olardı.

Vaxtından bir həftə əvvəl Rusiyaya gələn Norveçin TV2 kanalının idman jurnalistləri Soçidə rastlaşdıqları çətinlikləri sadalayanda fikirləşirsən ki, Rusiyada bəzən xizəyi yayda yox, elə məhz qışda hazırlamaq daha məntiqlidir.

Çünki norveçlilərin Soçi problemləri elə məhz onların vaxtından əvvəl gəlməsi ilə bağlıdır. Yazırlar ki, sifariş edilən hotel nömrələri hələ tam hazır deyil. Su gəlmir, işıq fasilələrlə verilir. Bəzi otaqlar isə, ümumiyyətlə, qonaq qəbul etmir – tamamlanma işləri gedir.

TV2-nin idman şərhçisi Davy Wathne-nin «twitter» mikrobloqunda paylaşdığı hotel vannasının şəklini Norveç saytlarından biri «sidik rəngli su» kimi təqdim edir. Çox güman ki, söhbət paslı sudan gedir.

D.Wathne yazır «Yəqin ki, bu vannaya girmək hələ tezdir, bir az gözləyim!»
Jurnalistlərdən biri isə məsələyə münasibət bildirən Norveçin Rusiyadakı səfirindən sitat gətirir:

«Bura Rusiyadır. Heç nə hazır olmayana qədər «hazırdır» demək olmaz».

Bütün bu çətinliklərə baxmayaraq, norveçlilər birağızdan rus qonaqpərvərliyini vurğulayırlar.

Soçi əhlinin təbiəti belədir, yoxsa adamlara «istiqanlı olmaq» əmri verilib – demək çətindir. Amma adamlara inzibati qaydada «mehriban ol» demək bəlkə də mümkündür. Tikinti obyektlərinə belə əmr vermək olmur.

Cümə günü 22-ci Qış Olimpiya oyunlarının açılışıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG