Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 04:54

Obama İrana görə narahat olan Səudiyyəyə səfər edəcək


CNN xəbər verib ki, ABŞ prezidenti Barack Obama, Vaşiqnton və Tehran arasındakı yaxınlaşmanın Ər-Riyadda yaratmış olduğu əndişəni aradan qaldırmaq məqsədilə qarşıdan gələn mart ayında Səudiyyə Ərəbistanına səfər edəcək.

Ağ Ev bildirib ki, səfər zamanı prezident Səudiyyə kralı Abdullah-la Yaxın Şərq məsələlərini müzakirə edəcək.

CNN xəbər verir ki, Səudiyyə Amerikanın onun bir nömrəli düşməni olan İranla münasibərtlərindən, həmçinin Birləşmiş Ştatların Suriya hökumətinə qarşı hərbi müdaxilədən çəkinməsindən narazıdır.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar uzun illərdir ki, yaxın müttəfiqdirlər.
Bu müttəfiqlik ABŞ-ın hərbi və neft maraqları üzərində qərarlaşıb.

Ağ Evin mətbuat katibi Jay Carney təsdiq edib ki, Barack Obama-nın səfəri zamanı İran və Suriya məsələləri müzakirə ediləcək.

“Aramızdakı bütün fikir ayrılıqlarına baxmayaraq, biz belə bir faktı inkar edə bilmərik ki, Səudiyyə bizim çox mühüm və yaxın partnyorumuzdur” – deyib Carney.

Günün bütün mövzuları

XS
SM
MD
LG