Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

Azərbaycanda və dünyada internetin qiyməti [Cədvəl]


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan İnternet Forumu (AİF) Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və digər Avropa ölkələrində müxtəlif bağlantılar üzərindən göstərilən internet xidmətlərin qiymətlərini öyrənib.

AİF-in yaydığı məlumatda deyilir ki, qiymət endirimindən sonra Azərbaycanda internetin inkişafında xeyli irəliləyişlər olub. Genişzolaqlı istifadəçilərin sayı, ölkəyə daxil olan və istifadə edilən internet trafikin həcmi xeyli artıb. Cəmiyyətin müxtəlif sahələrində İKT-nin tətbiqi, biznesə marağın artması daha keyfiyyətli və sürətli internetə tələbatı artırıb:

«Amma müşahidələr göstərir ki, hazırda ölkədə internetin mövcud keyfiyyəti və qiymətlər bu tələbatın yetərincə ödənilməsinə maneçilik yaradır».

İnternet qiymətlərinin ölkələr üzrə müqayisəli cədvəli

Tam cədvəl burada

«Qonşu ölkələrlə müqayisədə Azərbaycanda internet xidmətlərinin qiymətləri kifayət qədər yüksəkdir. Araşdırmalar zamanı qonşu ölkələrlə müqayisədə bizdəki qiymətlərin bir neçə dəfə, optik xətlər üzərindən olan internet xidmətlərinin isə hədsiz dərəcədə baha olduğu müəyyən olunub. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, Azərbaycanda yüksək tariflər daha çox dövlət provayderləri tərəfindən tətbiq edilir».

AİF bildirir ki, ölkədə keyfiyyətli internet problemi qalır:

«İnternetin keyfiyyətinin artırılması və qiymətlərin endirilməsi üçün ciddi əsaslar var. RİTN, «Delta Telecom» tərəfindən təsirli addımların atılması vacibdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG