Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 16:35

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub


Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə işdən azad edib.

Nazir həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və həmin polis şöbələrində yoxlama aparılmasını göstəriş verib.

Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barədə də ölçü götürüləcəyi bildirilib.
XS
SM
MD
LG