Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:30

«Maaşlar yerində sayır», «varlı-kasıb uçurumu dərinləşir»


-
ABŞ prezidenti Barack Obama ölkənin vəziyyəti haqda ənənəvi illik müraciətində kasıblarla varlılar arasında uçurumu azaltmaq üçün konkret və praktiki addımlar atacağını bildirib.

Obama deyib: “ Bu gün, 4 illlik iqtisadi artımdan, şirkətlərin mənfəətlərinin, səhmlərin qiymətlərinin artmasından sonra orta əmək haqları yerində sayır. Bərabərsizlik dərinləşib. İrəliyə doğru hərəkət dayanıb. Sərt həqiqət odur ki, bərpa dövrünün ortasında bir çox amerikalılar indiyədək olandan daha çox işləyir, bir çoxu isə işsizdir”.

Konqresin birgə iclasında çıxış edən Obama işarə edib ki, ABŞ-ın orta sinfinə daha geniş imkanlar yaratmaq üçün o, iqtisadiyyatla bağlı özünün icra səlahiyyətində olan tədbirləri görəcək və qanunverci orqanı, yəni Konqresi gözləməyəcək. Hərçənd prezident iqtisadiyyatı sürətləndirmək üçün qanunvercilərlə birgə işləməyə hazır olduğunu bildirib.

Obama deyib: “Mənim bu gün təklif etdiyim – iqtisadi artımı, orta sinfi, orta sinfə imkanları gücləndirmək üçün konkret və əməli addımlardır. Bunlardan bəziləri Konqresin razılığını tələb edir. Bununla bağlı mən hamı ilə birgə işləməyə hazıram. Ancaq daha çox amerikalı ailənin imkanlarını genişləndirmək üçün lazım gəlsə, mən qanunverciliyi gözləmədən tədbirlər görəcəyəm”.

Obamanın məhz kasıbların qeydinə qalmaqdan, kasıblarla varlılar arasında fərqin azaldılmasından danışması bir çox müşahidəçilərin fikrincə qarşıdan gələn Konqres seçkilərinə hesablanıb. Demokratlar respublikaçıları varlıların müdafiəçisi kimi təqdim edir və ictimai şüurda da bu, belədir. Obamanın çıxışını televiziya və internetlə milyonlarla insan izləyirdi. Bundan istifadə etmək istəyən demokratlar öz prezidentlərinə təzyiq göstərirlər ki, varlılarla kasıblar arasında fərqə daha çox diqqət cəlb etsin.
Obama Oval Ofisdə çıxışa hazırlaşır
Obama Oval Ofisdə çıxışa hazırlaşır

BU XALQI NƏ BİRLƏŞDİRİR?

Obama deyib: “İrqindən, regionundan, partiyasından, varlı və ya kasıb olmasından asılı olmayaraq bu xalqı birləşdirən nədir? Sadə bir inam ki, hamıya bərabər imkanlar var və kim ki, səylə işləyir və öz üzərinə məsuliyyət götürür, o, qabağa gedəcək. Təəssüf ki, bu inam xeyli sarsılıb. 30 ildən çoxdur ki, texnologiyalarda və qlobal rəqabətdə kütləvi dəyişikliklər ailələrin asılı olduğu bir çox yaxşı və orta sinif üçün münasib olan işləri ləğv etdi”.

RESPUBLİKAÇILARDAN CAVAB

Obamanın çıxışına respublikaçılar dərhal reaksiya veriblər. Konqres üzvü Cathy McMorris Rogers deyir ki, bir çox amerikalılar iş axtarmağı da dayandırıblar, çünki işi tapmaqdan çox, axtarmaq var. Onun sözlərinə görə, bunun səbəbi isə məhz prezident Obamanın iqtisadi siyasətidir.
McMorris bərabərsizlik məsələsinə də toxunub: “Prezident gəlirlərdə bərabərsizlikdən çox danışır. Ancaq bizim qarşılaşdığımız real bərabərsizlik imkanlarda olan bərabərsizlikdir və bu bərbaərsizlik hökumətin siyasəti ilə hər gün genişlənir”.

UKRAYNA HAQDA

Obama ölkənin vəziyyəti haqda çıxışında ən vacib siyasi məsələlərdən də danışıb. Ukrayna haqda deyib:
“Ukraynada biz o prinsipin üstündə dururuq ki, bütün insanlar öz fikirlərini azad və dinc ifadə edə bilər. Ölkənin gələcəyi ilə bağlı fikirlərini bildirə bilərlər.”.

İran barədə Obama xəbərdarlıq edib ki, yaxın aylarda Konqres İrana qarşı yeni sanksiyalar versə, o, bu sanksiyalar veto qoyacaq. Obama deyib ki, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həll edilməsinə şans vermək lazımdır.

AVROPAYA 1 CÜMLƏ, YAXIN ŞƏRQƏ 40?

Obamanın çıxışının xarici siyasət hissəsi barədə Vaşinqtondakı Beynəlxalq Sülh Naminə Karneqi Fondunda Yaxın Şərq Proqramının baş təhlilçisi Michelle Dunne Azadlıq Radiosuna deyib: “Obama deyirdi ki, çıxışında əsas vurğunu Asiya üzərində qoymaq istəyir. Mən onun çıxışına qulaq asdım. Bu çıxışda Asiyaya bir cümlə həsr olunmuşdu, Avropa haqda da bir cümlə deyilirdi. Bir cümlə də Latın Amerikası haqda. Yaxın Şərqə isə 40 cümlə həsr olunmuşdu. Yəni onun çıxışı da xarici siyasəti kimi Yaxın Şərqə yönəlib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG