Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:11

MTN terror təşkilatlarının hədələrinə münasibət bildirdi


-
Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Bu barədə apa-ya açıqlamasında Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib.

«Meşə Qardaşları» və «Ceyşullah» terror təşkilatları sosial şəbəkələrdə Azərbaycanla bağlı bəyanat yayıblar.

«Meşə Qardaşları» adından yayılmış bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.

«Ceyşullah» («Allahın Ordusu») adlı təşkilatın adından yayımlanan bəyanatda isə bu təşkilatın tezliklə Azərbaycanda cihad elan edəcəyi qeyd olunur.
XS
SM
MD
LG