Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:20

Naxçıvanda narkotiki corabında keçirmək istəyən şəxslər saxlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanın Culfa gömrük məntəqəsindən narkotik keçirməyə cəhd edən iki şəxsin saxlandığı bildirilir.

Bu haqda Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsi məlumat yayıb.

Yaxalananlardan biri Babək rayon, digəri isə Xudat şəhər sakinidir.

Məlumata görə, hər iki şəxs narkotik maddələri İrandan əldə ediblər. Onlar narkotik vasitəni corablarında gizlədərək Naxçıvana keçirmək istəyiblər.

Babək rayon sakinindən 131 qram marixuana və 20 qram həşiş aşkarlanaraq götürülüb.
Xudat şəhər sakinindən isə 191.6 qram narkotik vasitə – tiryək aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG